XƏBƏRLƏR

Bu gün Azərbaycan Universitetində gender probleminə həsr olunmuş konfrans keçirilir

Bu gün Azərbaycan Universitetində gender probleminə həsr olunmuş konfrans keçirilir

25 noyabr 2017

Baxış sayı: 4078

Bu gün Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda  respublika konfransı keçirilir. Konfransa qeydiyyat saat 10.00-da, açılış və plenar iclas isə 11.00-da başlayacaq.

Konfransın məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdən ibarətdir. 

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın açılış nitqi ilə start götürəcək.

Açılış və plenar iclasın ardından konfrans öz işini - Gender tarixi, Ədəbiyyatda və dində gender problemi, Genderin hüquqi aspektləri olmaqla üç bölmədə davam etdirəcək.

Konfransda gender bərabərliyinin təmin edilməsi sahəsində aidiyyəti dövlət qurumlarının və QHT nümayəndələrinin, həmçinin bu sahənin tanınmış tədqiatçı və ekspertlərinin iştirakı planlaşdırılır.   

Konfransa 100-ə yaxın məqalə qəbul olunub, konfrans materialları toplu şəklində çap olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi
25.11.2017


DİGƏR XƏBƏRLƏR