XƏBƏRLƏR

Bu gün Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilir

Bu gün Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilir

05 aprel 2018

Baxış sayı: 3824

Bu gün Azərbaycan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” respublika konfransı keçirilir. Konfransın məqsədi Azərbaycan dövlətçiliyinin və  mədəniyyətinin formalaşmasında mühüm rol oynamış cümhuriyyətin kontekstində filoloji fikrin keçdiyi yolu və uğurlarını üzə çıxarıb dəyərləndirməkdir.

Konfransa qeydiyyat saat 10.00-da, açılış və plenar iclas isə 10.00-da baçlayacaq. Ölkənin görkəmli alim və tədqiqatçılarını biraraya gətirən konfransı giriş nitqi ilə universitetin rektoru Səadət Əliyeva açacaq.

Elmi konfransın plenar iclasının məruzəçiləri isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan  professor Bədirxan Əhmədov, Azərbaycan Dillər Universitetindən professor Fəxrəddin Veysəlli və Bakı Dövlət Universitetindən professor Vaqif Sultanlıdır.

Plenar iclasın ardından “Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri” və “Ədəbi tənqid və ədəbiyyatşünaslıq probemləri” bölmələrində öz işini davam etdirəcək.

Konfransın materialları toplu şəklində çap olunub.

Konfransın işinə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
06.04.2018


DİGƏR XƏBƏRLƏR