XƏBƏRLƏR

Bu gün Azərbaycan Universitetində Respublika elmi konfransı keçirilir

Bu gün Azərbaycan Universitetində Respublika elmi konfransı keçirilir

10 oktyabr 2018

Baxış sayı: 3309

Bu gün Azərbaycan Universitetində modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemlərinə və perspektiv istiqamətlərinə həsr olunmuş respublika elmi konfransı keçirilir.

Tədbirin açılışı 10.00-da olacaq.

Konfransda Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edəcək. 

Plenar iclasda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin elmi işlər üzrə direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov məruzə ilə çıxış edəcəklər.  

Fasilənin ardından konfrans işini Azərbaycan iqtisadiyyatının davamlı inkişafının aktual məsələləri və İnnovativ iqtisadiyyat şəraitində modernləşmənin əsas istiqamətləri olmaqla 2 bölmədə davam etdirəcək.

Konfrans işini bölmə sədrlərinin hesabatları ilə yekunlaşdıracaq.

Konfransın materialları toplu şəklində çap olunub və qeydiyyat zamanı iştirakçılara təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.10.2018


DİGƏR XƏBƏRLƏR