XƏBƏRLƏR

Bu gün Azərbaycanda Respublika günüdür

Bu gün Azərbaycanda Respublika günüdür

28 may 2019

Baxış sayı: 3216

Bu gün Azərbaycan tarixində taleyüklü əhəmiyyətə malik hadisənin - Şərqdə və Türk-İslam dünyasında ilk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür.

28 may 1918-ci ildə Tiflis şəhərində bəyan edilən Azərbaycan Xalq Cümhuriyyəti yaddaşlarımıza tariximizin ən şanlı səhifələrindən biri kimi həkk olunub.

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz üzərinə götürdüyü tarixi missiyanı şərəflə yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası məhz tarixi varislik üzərindən qurulub, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 May günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub, AXC-nin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, qurucularının fəaliyyəti daim yüksək qiymətləndirlib, xatirələri əbədiləşdirilib.

Hər birinizi bu böyük bayram münasibəti ilə təbrik edir, müstəqilliyimizin sarsılmaz, dönməz və əbədi olması yolunda xalqımıza böyük qələbə arzulayırıq!!

Bayramınız mübarək!

DİGƏR XƏBƏRLƏR