XƏBƏRLƏR

Bu gün professor Asif Hacıyevin doğum günüdür

Bu gün professor Asif Hacıyevin doğum günüdür

03 aprel 2018

Baxış sayı: 5014

Bu gün görkəmli alim və tədqiqatçı, ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, Azərbaycan Universitetinin professoru Asif Hacıyevin doğum günüdür.

Görkəmli alimi Azərbaycan Universitetinin kollektivi adından doğum günü münasibəti ilə təbrik edir, can sağlığı, elmi və publisistik fəaliyyətində nailiyyətlər arzulayırıq.

Asif Abbas oğlu Hacıyev 1960-cı ildə Gürcüstanın Borçalı mahalının Sarvan kəndində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru vəzifəsini icra edib.

Professor Asif Hacıyev ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir. 30-a yaxın monoqrafiya və dərs vəsaiti, 200-dən artıq elmi məqalənin müəllifidir. Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və s. ölkələrdə yerlərdə çap edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.04.2018


DİGƏR XƏBƏRLƏR