XƏBƏRLƏR

Bu gün professor Dünyamalı Vəliyevin doğum günüdür

Bu gün professor Dünyamalı Vəliyevin doğum günüdür

13 mart 2018

Baxış sayı: 5687

Bu gün Maliyyə və iqtisadiyyat kafedrasının professoru Dünyamalı Vəliyevin doğum günüdür. Bu münasibətlə Dünyamalı müəllimi təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Dünyamalı Əmir oğlu Vəliyev 1942-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Maliyyə-kredit fakültəsini bitirib. 1971-ci ildə namizədlik dissertasiyası, 2010-cu ildə doktorluq dissertasiyası müdafiə edib. İqtisad elmləri doktoru, professor elmi adı alıb.

1964-1971-ci illərdə SSRİ Tikinti Bankının Bakı Şəhər idarəsində Kredit müfəttişi, baş Kredit müfəttişi, şöbə müdirinin müavini, 1971-1978-ci illərdə Rostov Dəmir yol İnstitunun Bakı Filialında dosent, 1978-1993-cü ildə AMEA Şərqşünaslıq İnstitutunda baş elmi işçi, şöbə müdiri, direktor müavini, 1993-1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri olub. 2012-ci ildən AMEA Şərqşünaslıq İnstitutun Şərq-qərb şöbəsinin müdiridir.

1995-ci ildən Azərbaycan Universitetində çalışır.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.03.2018


DİGƏR XƏBƏRLƏR