XƏBƏRLƏR

Bu gün professor Rövşən Quliyevin doğum günüdür

Bu gün professor Rövşən Quliyevin doğum günüdür

13 fevral 2018

Baxış sayı: 4908

Bu gün Maliyyə və iqtisadiyyat kafedrasının professoru Rövşən Quliyevin doğum günüdür. Bu münasibətlə Rövşən müəllimi təbrik edir, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq!

Rövşən Rasim oğlu Quliyev 1957-ci ildə Ağdam şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1984-cü ildə namizədlik dissertasiyası, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə edib. İqtisad elmləri doktoru, professor elmi adı alıb.

1984-2000-ci illərdə Moskvada SSRİ KTE Akademiyasının Kənd Təsərrüfatı Kibernetika İnstitutunda (1994-cü ildən Rusiya KTE Akademiyasının Aqrar Problemlər və İnformatika İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, laboratoriya müdiri vəzifələrində çalışıb.

2000-2004-cü illərdə Moskva “НПО Каскад-М” SC-də şöbə müdiri, 2004-2006-cı illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin şöbə müdiri, 2006-2007-cı illərdə London Universiteti Afrika və Şərq tədqiqatları fakültəsində milli koordinator, 2013-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri, 2014-2015-ci illərdə Müstəqil İqtisadi Model Assosiasiyası Beynəlxalq Təşkilatında layihə koordinatoru, 2015-ci il aprel-may aylarında Azərbaycan ET Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi olub.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavinidir. 2008-ci ildən Azərbaycan Universitetində çalışır.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.02.2018


DİGƏR XƏBƏRLƏR