XƏBƏRLƏR

Bu gün professor Yusif Qasımovun 50 illik yubileyidir

Bu gün professor Yusif Qasımovun 50 illik yubileyidir

08 iyun 2018

Baxış sayı: 4515

Bu gün Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru, professor Yusif Qasımovun  50 illik yubileyidir.

Bu münasibətlə Yusif müəllimi təbrik edir, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Yusif Soltan oğlu Qasımov 1968-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1996-cı ildə Fizika-riyaziyyat elmləri namizədi, 2010-cu ildə isə Riyaziyyat elmləri doktoru elmi adı alıb.

1992-1995-ci illərdə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1995-1997-ci illərdə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, 2006 və 2009-cu ildə Fransanın Nant Universitetində dəvətli professor olub. 1997-2017-ci illərdə Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunda “Tərs məsələlər və qeyri-xətti tənliklər” şöbəsinin müdiri vəzifəsini icra edib.

2017-ci ildən Azərbaycan Universitetində çalışır.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2018


DİGƏR XƏBƏRLƏR