XƏBƏRLƏR

“Çağlayan” jurnalının yeni nömrəsi çapdan çıxıb

“Çağlayan” jurnalının yeni nömrəsi çapdan çıxıb

17 mart 2021

Baxış sayı: 2106

Azərbaycan Universitetinin korporativ icmal jurnalı “Çağlayan”ın səkkizinci nömrəsi çapdan çıxıb. İldə iki dəfə çap olunan jurnalın yeni nömrəsi ölkəmizin 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsinə həsr olunub.

Yeni nömrədə universitetin 2020-ci ildəki fəaliyyətini, universitet və tələbə həyatının müxtəlif məqamlarını, o cümlədən elmi fəaliyyəti əks etdirən materiallar­­ dərc olunub.

Jurnalın “Milli-mədəni irsimiz” səhifələrində tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti, musiqi mədəniyyəti, füsunkar təbiəti, təbii sərvətləri, turizm imkanları, xalq sənətkarlığının ən gözəl nümunələri ilə Azərbaycanın ayrılmaz parçası və döyünən ürəyi olan Qarabağ haqqında dolğun məlumat öz əksini tapıb.

“Məzunlarımız” səhifələrində hər zaman olduğu kimi məzunlarımızın uğurlarından söz açılır.

Jurnal elektron formada Azərbaycan Universitetinin saytında da yerləşdirilib. 

Jurnalın səhifəsinə keçid:
/az/menu/232/azerbaycan-universiteti-caglayan-jurnali

İctimaiyyətlə əlaqələr şöbəsi
17.03.2021

DİGƏR XƏBƏRLƏR