XƏBƏRLƏR

Azərbaycan Universiteti yaz semestrində 76 tələbəsinə daxili təqaüd təyin edib

Azərbaycan Universiteti yaz semestrində 76 tələbəsinə daxili təqaüd təyin edib

05 aprel 2017

Baxış sayı: 5012

2016/2017-ci tədris ilinin yaz semestrində Azərbaycan Universiteti 76 tələbəsinə “Daxili Təqaüd Proqramı” çərçivəsində təqaüd təyin edib. Proqram universitetin öz büdcəsindən maliyyələşir. Təqaüdçü tələbələrdən 63-ü bakalavriat, 13-ü isə magistratura pilləsində oxuyur.

Humanitar fənlər fakültəsi üzrə təqaüd alan tələbələrin sayı 36-dır. Fakültə üzrə aylıq 200 manat təqaüd alan tələbələrin sayı 14, 100 manat təqaüd alan tələbələrin sayı 1, 75 manat təqaüd alan tələbələrin sayı 20, 50 manat təqaüd alan tələbələrin sayı isə 1 –dir.

Biznes və iqtisadiyyat fakültəsi üzrə 22 tələbəyə daxili təqaüd təyin olunub. 5 tələbəyə 200 manat, 15 tələbəyə 75 manat, 2 tələbəyə isə 50 manat məbləğində aylıq təqaüd təyin olunub.

Sosial iş fakültəsi üzrə proqramdan faydalanan tələbələrin sayı 4-dür. 2 tələbə 200 manat, 2 tələbə isə aylıq 75 manat təqaüd alır.

İnformasiya və kommunikasiya texnologiyaları fakültəsi üzrə isə cəmi 1 tələbə proqramın şərtlərinə cavab verib. Tələbəyə aylıq 200 manat məbləğində təqaüd təyin olunub.

Magistratura pilləsi üzrə proqramın şərtlərinə cavab verən 5 tələbə 100 manat, 8 tələbə isə 75 manat aylıq təqaüd alır. .

Təqaüdlərin miqdarı orta akademik müvəffəqiyyət göstəricisi və qış imtahan sessiyasının nəticələri əsas alınaraq bakalavriat pilləsi üzrə IV və magistratura səviyyəsi üzrə II tədris ilinin tələbələrinə 2017-ci ilin fevral – iyun ayları üçün, digər tələbə və magistrantlar üçün fevral – avqust ayları üçün müəyyənləşdirilib.

Universitetin 14 tələbəsi isə yaz semestrində dövlət təqaüdü alacaq.  Onların arasında ikili təqaüd alanlar da var. Belə ki, Məmmədrzayeva İntizar (Azərbaycan dili və ədəbiyyat müəllimliyi, IV kurs) və Elnarə İskəndərova (Xarici dil müəllimliyi, IV kurs) həm də daxili təqaüd proqramının şərtlərini qarşıladıqları üçün yaz semestrində aldıqları təqaüdün aylıq məbləğini 304,5 manata çatdırıblar.  

Qeyd edək ki, Azərbaycan Universitetinin “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” 2013/2014-cü tədris ilindən etibarən tətbiq edilir. Tələbələr təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar. Təqaüdlərin miqdarı aylıq 50, 75, 100 və 200 manat olmaqla hər semestrdə tam akademik yükü ödəmiş tələbələrə müvəffəqiyyətlərindən asılı olaraq müəyyənləşdirilir və hər semestrin sonunda yenidən dəyərləndirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.04.2017

DİGƏR XƏBƏRLƏR