XƏBƏRLƏR

Çingiz Qaraşarlının “Avropa tarixinin türkdilli dövrü” kitabının təqdimatı keçirilib

Çingiz Qaraşarlının “Avropa tarixinin türkdilli dövrü”  kitabının təqdimatı keçirilib

30 noyabr 2022

Baxış sayı: 9783

Azərbaycan Universitetində filologiya elmləri doktoru, professor Çingiz Qaraşarlının “Avropa tarixinin türkdilli dövrü” adlı kitabının təqdimat mərasimi və elmi seminarı keçirilib.  Tədbir, Tərcümə və filologiya ilə Azərbaycan dili və ədəbiyyat kafedraları tərəfindən hibrid formada birgə təşkil olunub. 

Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açıb. Kafedra müdiri qeyd edib ki,  təqdim olunan  kitabın dilçiliklə yanaşı tarixi ədəmiyyəti  də böyükdür. Bu baxımdan türklərin Anadoluda, bütövlükdə Aralıq dənizi hövzəsində gəlmə olduğunu iddia edən çağdaş avropalılar da, Anadolunun “min illik türk tarixi” ideyasına alışmış bəzi türklər də Herodotu, Homeri və sonrakı çağlara aid Qərb tarixçilərini diqqətlə oxumalı və Avropanın dörd min illik türk tarixi ilə tanış olmalıdırlar.

Kitabın müəllifi, professor Çingiz Qaraşarlı əsərin ərsəyə gəlməsi ideyası və prosesi haqqında iştirakçılara məlumat verib, göstərdikləri diqqətə görə Azərbaycan Universitetinin heyətinə minnətdarlığını ifadə edib. Müəllif qeyd edib ki, kitabda “Türklərin yurdu Mərkəzi Asiyadırmı?” sualına cavab axtarılır, Mərkəzi Avropada türk mədəniyyəti, Avropada türk sivilizasiyasının çox qədim çağlardan mövcud olması, Anadoluda türk tarixinin başlanğıcı kimi mövzulara aydınlıq gətirilib.   

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov kitabın  tərcümə olunmuş variantlarının müxtəlif Avropa ölkələrində  nəşr olunmasının  vurğulayıb. 

Daha sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının professorları Qorxmaz Quliyev, Asif Hacıyev, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova, təqdimat mərasiminə onlayn qoşulan Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Türk Dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Nazim Muradov, Tarix kafedrasının müdiri, dosent İhsan Tayhani,  Almaniyadan tarixçi alim,  professor Ələsgər Siyablı çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, müəllifə təşəkkür ediblər. 

Çingiz Qaraşarlı sonda ona ünvanlanan sualları cavablandırıb. 

Qeyd edək ki, “Avropa tarixinin türkdilli dövrü” kitabı ingilis dilində də nəşr olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR