XƏBƏRLƏR
Daxili Keyfiyyət Təminatı Komissiyasının iclası keçirilib
Azərbaycan Universitetində Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə Daxili Keyfiyyət Təminatı Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. Komissiyanın yeni tərkibinə akademik və inzibati heyəti təmsil edən əməkdaşlarla bərabər “Keyfiyyət elçiləri” klubunun üzvü olan tələbələr də daxil edilib. İnzibati və akademik heyət üzvləri arasında isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təlimlərində və müxtəlif ali təhsil müəssisələrində keçirilən akkreditasiya proseslərində iştirak edən mütəxəssislər çoxluq təşkil edir.
İclasda Keyfiyyət təminatı şöbəsinin tələbələr üçün hazırladığı təlim paketləri müzakirə olunub, təlimlərin məzmunu, tətbiq mexanizmləri və gözlənilən nəticələri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, təlim paketləri “Keyfiyyətli, tələbəmərkəzli və nəticəəsaslı təhsil”, “Peşəkar həyat” və “Fərdi sahibkarlıq” istiqamətlərini əhatə edəcək. İclasda həmçinin universitetin fəaliyyətində islahat tələb edən sahələrə diqqət çəkilib, komissiya üzvləri keyfiyyət mədəniyyətinin gücləndirilməsi və davamlı inkişaf mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərini səsləndiriblər.
İclas iştirakçılarının rəy və təklifləri əsasında 2025/2026-cı ilin yaz semestri üçün keyfiyyət təminatı sahəsində aparılacaq işlərin fəaliyyət planı da tərtib olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
