XƏBƏRLƏR

Siyasi elmlər kafedrasında “Diplomatik Masa” simulyasiya layihəsinin icrasına başlanıb

Siyasi elmlər kafedrasında “Diplomatik Masa” simulyasiya layihəsinin icrasına başlanıb

17 oktyabr 2023

Baxış sayı: 946

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında “Diplomatik Masa” simulyasiya layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində ilk diplomatik masa “Azərbaycan-Rusiya münasibətləri”nə həsr olunub. Masada müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr Azərbaycan-Rusiya münasibətlərində aktuallıq kəsb edən mövzular üzrə müzakirə aparıblar. 

Tədbiri Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq layihə haqqında məlumat verib. Kafedra müdiri layihə çərçivəsində tələbələrin müxtəlif mövzularla bağlı dövlətlərin mövqelərini müdafiə edərək debat və diskussiyalara cəlb olunacaqlarını diqqətə çatdırıb.

Daha sonra tələbələr Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunun dəyərləndirilməsi; Rusiya sülhməramlı qüvvələrinin yaxın gələcəkdə regionu tam tərk etməsi imkan və perspektivləri; Qarabağ münaqişəsinin tam həllindən sonra Rusiyanın Cənubi Qafqazda rolu və nüfuzu kimi aktual məsələlər ətrafında müzakirə aparıblar.

Tədbirdə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Siyasi elmlər kafedrasının müəllimləri dosent Rauf Səmədov, Kamran Behbudov, Samir Hümbətov iştirak edib.

Qeyd edək ki, “Diplomatik Masa” simulyasiyasına Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski və kafedranın müəllimi Rafiq İbrahimov moderatorluq edib. Layihənin keçirilməsində əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR