XƏBƏRLƏR

“Diplomatik Masa”da Azərbaycan-Fransa münasibətləri müzakirə olunub

“Diplomatik Masa”da Azərbaycan-Fransa münasibətləri müzakirə olunub

06 noyabr 2023

Baxış sayı: 738

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında həyata keçirilən “Diplomatik Masa” simulyasiya layihəsinin ikinci görüşü  Azərbaycan – Fransa münasibətlərinə həsr olunub. Masada Politologiya, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələr iki ölkə arasındakı münasibətlərin tarixi seyri və bu günkü vəziyyəti haqqında müzakirə aparıblar.

Tədbiri Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq iştirakçılara günün mövzusunu təqdim edib. Kafedra müdiri qeyd edib ki, layihənin məqsədi tələbələrdə müstəqil araşdırma, natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdır. Layihə çərçivəsində tələbələr müxtəlif mövzularla bağlı dövlətlərin mövqelərini müdafiə edən debat və diskussiyalara cəlb olunurlar.

Ardınca tələbələr Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti, Fransanın Ermənistana hərbi dəstəyi və bu dəstəyin Cənubi Qafqaz üçün siyasi nəticələri, Fransa-Azərbaycan mədəni münasibətləri və gələcək perspektivləri kimi məsələlər ətrafında müzakirə aparıblar.

Qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinə həsr olunan “Diplomatik Masa” simulyasiyasına Siyasi elmlər kafedrasının müdiri Elvin Talışinski və kafedranın müəllimi Rafiq İbrahimov moderatorluq edib. “Diplomatik Masa”nın növbəti görüşü dekabr ayında təşkil olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR