XƏBƏRLƏR

Dissertant Bənövşə Əsgərovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Bənövşə Əsgərovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

29 iyun 2022

Baxış sayı: 1376

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının iclasında Bənövşə Allahverdi qızı Əsgərovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Müasir ingilis dilində mətnin informasiya strukturunda qrammatikanın rolu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Xarici dillər kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda rəyçilər prof. Çingiz Qaraşarlı, dos. Ramilə Hüseynova, prof. Fərman Zeynalov, f.ü.f.d. Səbinə İgəndərova, kafedranın müəllimləri dos. Fəzilə Zakirova, Aygün Durur, Rəna Kərimova, Pərvanə Mövsümova, Gülçöhrə Qədirova, Ləman Qasımlı, Züleyxa Bağırzadə, Sosial işin təşkili kafedrasının müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva iştirak edib. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri prof. Azad Məmmədovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.06.2022

DİGƏR XƏBƏRLƏR