XƏBƏRLƏR

Dissertant Könül Əfəndiyevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Könül Əfəndiyevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

04 iyul 2022

Baxış sayı: 3153

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının iclasında Könül Rahim qızı Əfəndiyevanın fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Müasir dövrdə Azərbaycan cəmiyyətində tibbi-sosial münasibətlərin sosial-fəlsəfi təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyevin sədrlik etdiyi iclasda rəyçilər prof. Qızılgül Abbasova,  f.ü.f.d. Qadir Səfərov, komissiya üzvləri prof. Yusif Qasımov, dos. Nüşabə Quliyeva, prof. Azər Mustafayev, prof. Habil Məmmədov, dos. Fazil Rüstəmov, dos. Şikar İbrahimov, dos. Rəşad Əsgərov, p.ü.f.d. Tünzalə Verdiyeva, Firuzə Hüseynova və kafedranın müəllimləri iştirak edib. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri dos. Mətləb Mahmudovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.07.2022

DİGƏR XƏBƏRLƏR