XƏBƏRLƏR

Dissertant Fəridə Əhmədovanın ilkin müzakirəsi təşkil olunub

Dissertant Fəridə Əhmədovanın ilkin müzakirəsi təşkil olunub

21 dekabr 2023

Baxış sayı: 382

Tərcümə və filologiya kafedrasının iclasında dissertant Fəridə Arif qızı Əmrahovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycan dilində alqış və qarğışların linqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib. 

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR