XƏBƏRLƏR

Dissertant Telman Musayevin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Telman Musayevin  dissertasiya işinin ilkin müzakirəsi keçirilib

28 noyabr 2022

Baxış sayı: 4116

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının iclasında Musayev Telman Fərman oğlunun tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “XIX-XX əsrin əvvəllərində Qarabağda toxuculuq sənətinin inkişaf tarixi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyevin sədrlik etdiyi iclasda rəyçilər dosent Nüşabə Quliyeva, t.e.d., professor Habil Məmmədov, t.e.d., professor Qasım Hacıyev, dosent Məmmədağa Baxışov, t.ü.f.d. Məhəmməd Əliyev, t.ü.f.d., dosent Salman İbişov, t.ü.f.d. Nəsimi Rzayev, baş müəllim Aybəniz Quliyeva və kafedranın müəllimləri iştirak edib. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri professor Camal Mustafayevdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR