XƏBƏRLƏR

Doktorant Asəf Kazımovun dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Doktorant Asəf Kazımovun dissertasiya işinin ilkin müzakirəsi keçirilib

09 mart 2022

Baxış sayı: 1889

Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının iclasında Asəf Əsəd oğlu Kazımovun iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Ali təhsil sahəsində insan resurslarının idarə edilməsinin təşkilinin təkmiləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Maliyyə və iqtisadiyyat kafedrasının müdir müavini, dosent Nəriman Böyükkişinin sədrlik etdiyi iclasda rəyçi i.ü.f.d., dosent Vüqar Nəzərov, i.ü.f.d. Camal Hacıyev, komissiyanın üzvləri i.ü.f.d. İbrahim Quliyev, i.e.n., dos. Əliağa İsmailzadə, i.e.n., dos. Aqil Əsədov, i.ü.f.d. Qəhrəman Yusupov iştirak edib. Doktorantın elmi rəhbəri prof. Rövşən Quliyev, kafedranın müəllimləri i.ü.f.d. Səadət Hümbətəliyeva, i.ü.f.d. Jalə Əliyeva, i.ü.f.d. Sahib Məmmədov isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra iştirakçılar təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.03.2022

DİGƏR XƏBƏRLƏR