XƏBƏRLƏR

Doktorant Ceyhun Bayramlının ilkin müzakirəsi keçirilib

Doktorant Ceyhun Bayramlının ilkin müzakirəsi keçirilib

15 aprel 2019

Baxış sayı: 3698

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının açıq iclasında Ceyhun Məhərrəm oğlu Bayramlını tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Xürrəmilər hərəkatının tarixşünaslığı” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Kafedra müdiri, prof. Qabil Əliyevin sədrlik etdiyi iclasda kafedranın professor-müəllim heyəti iştirak edib. Kafedra müdiri müzakirə iştirakçılarına namizədi təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

Namizəd işin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, işin yeniliyi, eyni zamanda görülən işlər barədə  məlumat verib, işin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, irad və təkliflərini bildiriblər.

Sonda elmi işin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün  tövsiyə olunub.

Namizədin elmi rəhbəri tarix elmlər doktoru, professor Anar İsgəndərovdur. 

İctimaiyyətlə əlaqələr şöbəsi
15.04.2019


DİGƏR XƏBƏRLƏR