XƏBƏRLƏR

Doktorant Ebru Cengizin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Doktorant Ebru Cengizin dissertasiya işinin ilkin müzakirəsi keçirilib

24 iyun 2023

Baxış sayı: 552

İqtisadiyyat və idarəetmə kafedrasının iclasında doktorant Ebru İbrahim qızı Cengizin iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Səhiyyə sektorunda xidmətlərin səmərəliliyinin artırılması istiqamətləri (Azərbaycan və Türkiyə üzrə müqayisəli təhlili)” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rövşən Quliyevin sədrlik etdiyi iclasda rəyçilər i.e.n., dos. Əliağa İsmayılzadə, i.ü.f.d. İbrahim Quliyev, komissiya üzvləri i.e.d., prof. Mübariz Bağırov, i.e.n., dos. Nəriman Böyükkişi, i.ü.f.d., dos. Elşad Yusifov, i.ü.f.d., dos. Vüqar Nəsibov, i.ü.f.d. Sahib Məmmədov, i.ü.f.d. Jalə Əliyeva, i.ü.f.d. Oruc Qasımlı, baş müəllim Ruhəngiz Əliyeva, Tural Qocayev Xanım Quliyeva, kafedranın müəllimləri i.ü.f.d. Tahir Qarayev, Vəfa Əzizova, Ülvi Süleymani iştirak edib. Sədr iddiaçını müzakirə iştirakçılarına təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib. 

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında rəyçilərə məlumat verib, işin qısa məzmunu ilə onları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Dünyamalı Vəliyevdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR