XƏBƏRLƏR

Doktorant Gülnar Rzayevanın ilkin müzakirəsi keçirilib

Doktorant Gülnar Rzayevanın ilkin müzakirəsi keçirilib

30 aprel 2019

Baxış sayı: 3484

Azərbaycan Universitetinin Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının açıq iclasında Gülnar Mirsəlim qızı Rzayevının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Cek Keruakın yaradıcılığında kontrkulturanın bədii təzahürü” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya XX əsrin ikinci yarısında Amerika humanitar  fikrində mühüm rol oynamış “kontrkultura” sosial-ideoloji fenomeninin C. Keruakın məşhur “Yolda” romanının timsalında bədii ədəbiyyatda  təcəssümü xüsusiyyətlərinə həsr olunub.

Kafedra müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda kafedranın professor-müəllim heyəti iştirak edib. Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, prof. Qorxmaz Quliyevdir.

Kafedra müdiri müzakirə iştirakçılarına namizədi təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

Namizəd işin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, işin yeniliyi, eyni zamanda görülən işlər barədə  məlumat verib, işin məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, irad və təkliflərini bildiriblər. Prof. Qorxmaz Quliyev elmi rəhbəri olduğu dissertasiyanın Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyətini qeyd edib.  Prof. Asif Hacıyev, prof. Kamran Əliyev, dos. Ülviyyə Əliyeva  çıxış edərək təqdim olunmuş dissertasiyanın elmi əhəmiyyətini, aktuallığını vurğulayıblar.

Müzakirə iştirakçıların   açıq səsvermə yolu ilə iddiaçının növbəti mərhələyə buraxılması qərarı ilə başa çatıb. Elmi işin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiə üçün  tövsiyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.04.2019

DİGƏR XƏBƏRLƏR