XƏBƏRLƏR

Doktorant Nəzrin Rzayevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Doktorant Nəzrin Rzayevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

01 aprel 2022

Baxış sayı: 1381

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının iclasında Nəzrin Asif qızı Rzayevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Söhrab Tahirin yaradıcılığı” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda doktorantın elmi rəhbəri prof. Əlizadə Əsgərli, rəyçi prof. Bədirxan Əhmədov, xalq şairi Vahid Əziz, kafedranın müəllimləri prof. Qorxmaz Quliyev, prof. Asif Hacıyev, Xəyalə Cəfərova, Hüseyn Hüseynli, Solmaz Süleymanova, Aysel Həmidova iştirak edib. Rəyçi dos. Fərhad Mədətov və kafedranın müəllimi prof. Məhərrəm Qasımlı isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
01.04.2022

DİGƏR XƏBƏRLƏR