XƏBƏRLƏR
Doktorant Nigar Ələkbərovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Universitetinin Maliyyə və iqtisadiyyat kafedrasının iclasında Nigar Rafiq qızı Ələkbərova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Пути повышения социально-экономической эффективности системы медицинских услуг в Азербайджане” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Maliyyə və iqtisadiyyat kafedrasının müdir müavini, dosent Nəriman Böyükkişinin sədrlik etdiyi iclasda doktorantın elmi rəhbəri prof. Rövşən Quliyev, rəyçi i.ü.f.d. İbrahim Quliyev və kafedranın müəllimi Tural Qocayev iştirak edib. Xarici rəyçi i.ü.f.d. Rumella Cəfərova, komissiyanın üzvləri i.ü.f.d. Səadət hümbətəliyeva, Kamran Abdullayev, kafedranın müəllimləri Ruhəngiz Əliyeva, Polad Əzizov, Xanım Quliyeva, Ülviyyə Mehdiyeva isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.
İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.
Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.
Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2021