XƏBƏRLƏR
Doktorant Nuranə Mazanovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib
İctimai elmlər kafedrasının iclasında doktorant Nuranə Niyazi qızı Mazanovanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “XVIII əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Şəki şəhərində sənətkarlıq və ticarət” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
İctimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyevin sədrlik etdiyi iclasda rəyçilər t.e.d., prof. Vəliyev Fəzail İmran oğlu, t.e.d., prof. Məmmədov Habil Nurkişi oğlu, t.e.d., prof. Hacıyev Qasım Əhəd oğlu, sə.ü.f.d., dos. Əliyev Vəfa Xanlar oğlu, t.ü.f.d. Əliyev Məhəmməd Məcnun oğlu və t.ü.f.d. Niftəliyev Ramil Yüzəhməd oğlu iştirak edib. Sədr iddiaçını müzakirə iştirakçılarına təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.
İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında rəyçilərə məlumat verib, işin qısa məzmunu ilə onları tanış edib, verilən sualları cavablandırıb.
Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.
Sonda dissertasiya işinin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Doktorantın elmi rəhbəri tarix elmləri doktoru, professor Camal Mustafayevdir.
İctimaiyyətlə əlaqələr şöbəsi