XƏBƏRLƏR

Doktorant və dissertantlarla ənənəvi tanışlıq görüşü keçirilib

Doktorant və dissertantlarla ənənəvi tanışlıq görüşü keçirilib

21 sentyabr 2023

Baxış sayı: 803

Azərbaycan Universitetinə fəlsəfə doktoru proqramı üzrə yeni qəbul olan doktorant və dissertantlarla ənənəvi tanışlıq görüşü keçirilib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və mərkəzin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Mərkəzin direktoru Nüşabə Quliyeva doktorant və dissertantları təbrik edib, doktorantura təhsilində və qəbul prosesində son illərdə baş verən yenilikləri diqqətə çatdırıb.  Payız semestri ərzində elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə dair təlimlər təşkil ediləcəyini bildirib. 

Tədbirdə doktorant və dissertantların təhsil müddətində vəzifə, hüquq və öhdəlikləri, dissertasiya mövzularının seçilməsi, dissertasiyaların əsas elmi nəticələrinin nəşri, onlara qoyulan tələblər, təqdim olunması, müzakirəsi və müdafiəsi ilə bağlı məlumat verilib.  

Sonda xatirə şəkli çəkdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR