XƏBƏRLƏR

Doktorantura və dissertanturaya sənəd qəbulu müddəti dekabrın 26-dək uzadılıb

Doktorantura və dissertanturaya sənəd qəbulu müddəti dekabrın 26-dək uzadılıb

24 dekabr 2019

Baxış sayı: 3054

Azərbaycan Universiteti 2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Sənəd qəbulu 26 dekabr 2019-cu il saat 13.00-a qədər Azərbaycan Universitetinin  Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında,  Magistratura və doktorantura şöbəsində aparılacaqdır.

Namizədlərin nəzərinə çatdırırıq ki, Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertant hazırlığına qəbul prosesi Dövlət İmtahan Mərkəzində (DİM) xarici dildən mərkəzləşmiş şəkildə keçiriləcək imtahanla başlayacaq. Azərbaycan Universiteti qəbul qaydalarında dəyişiklik edilməsini nəzərə alaraq namizədlər üçün xarici dil imtahanın keçirilməsi və sualların məzmununa dair məsləhət xidməti verəcək. Məsləhət xidmətindən Azərbaycan Universitetinin doktorantura və dissertantura proqramlarına müraciət edən namizədlər faydalana biləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri

  • Daxili fiskal siyasət və dövlət maliyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Mühasibat uçotu – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi tarix – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Türk xalqları ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial problemlər - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə elmləri

  • Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri

  • İqtisadi fəaliyyət növləri – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə edilməsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Ümumi  tarix - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tələb olunan sənədlərin siyahısı

  • Rektorun adına ərizə
  • Kadrların şəxsi qeydiyyat vərəqi
  • Tərcümeyi-hal
  • 4 ədəd fotoşəkil (3x4)
  • İş yerindən xasiyyətnamə
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  • Elmi rəhbərin yazılı razılığı
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti

Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır.

Daha ətraflı məlumat üçün
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126)

İctimaiyyətlə əlaqələr şöbəsi
24.12.2019

DİGƏR XƏBƏRLƏR