XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzi Azərbaycan Universiteti ilə əməkdaşlığa başlayıb

Dövlət İmtahan Mərkəzi Azərbaycan Universiteti ilə  əməkdaşlığa başlayıb

09 aprel 2018

Baxış sayı: 4346

Dövlət İmtahan Mərkəzi və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində “Abituriyent Məsləhət Mərkəzi” yaradılıb. 

Bu gündən ödənişsiz əsaslarla fəaliyyətə başlayan mərkəzin əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.

“Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.04.2018

DİGƏR XƏBƏRLƏR