XƏBƏRLƏR

Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş “Kosmosa açılan pəncərə” adlı tədbir keçirilib

Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş  “Kosmosa açılan pəncərə” adlı tədbir keçirilib

12 aprel 2022

Baxış sayı: 1382

Azərbaycan Universitetində 12 Aprel – Dünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş “Kosmosa açılan pəncərə” adlı tədbir keçirilib. Tədbirin moderatorluğunu İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev edib. Dekan tələbələrə günün yaranması ilə bağlı məlumat verib və kosmonavtika mövzusunun daim aktual olduğunu vurğulayıb.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov Yer sivilizasiyasının inkişafı, kosmosa turizm səfərlərinin təşkili haqqında çıxış edib. Bildirib ki, informasiya texnologiyalarının inkişafı ilə kosmik texnologiyaların inkişafı bir-birindən ayrılmazdır.

Tədbirdə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gənc alim və mütəxəssisləri də iştirak edib. Gənc alim və Mütəxəssislər şurasının sədri Aynurə Həsənova “Şamaxı Astrofizika Rəsədxanasının tarixi və fəaliyyəti”, Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin elmi işçisi Aysel Rüstəmova “Azərbaycanda Astronomiya tarixi”, Astronomik cihazlar və innovativ texnologiyalar şöbəsinin böyük laborantı Nurlan Şərəfxanov “Kosmik teleskoplar”, Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin böyük laborantı Cənnət Səmədov “Kainatın yaranması və təkamülü” mövzusunda məruzə edib.

Tədbir mövzu ətrafında müzakirələr və sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.04.2022

DİGƏR XƏBƏRLƏR