XƏBƏRLƏR

“Dünya tarixində epidemiyalar” mövzusunda vebinar

“Dünya tarixində epidemiyalar” mövzusunda vebinar

04 may 2020

Baxış sayı: 2270

Azərbaycan Universitetinin İctimai elmlər kafedrası tərəfindən “Microsoft Teams” platforması üzərindən təşkil olunan “Dünya tarixində kütləvi epidemiyalar” mövzulu vebinarı kafedranın müdiri prof. Qabil Əliyev aparıb.

Qabil Əliyev çıxışında tədbirə qoşulan müəllim və tələbələrə tarixə ekskursiya edərək xronolojik ardıcıllıqla milyonlarla insan itkisinə səbəb olan ölümcül xəstəlik və epidemiyalar, həmçinin onların nəticələri haqqında məlumat verib. Tədbirdə qeyd olunub ki, 2019-cu ilin sonlarında Çində ortaya çıxan Covid-19 pandemiyası dünya miqyasında milyonlarla insanın həyatına təsir edərək, onların həyat tərzini radikal şəkildə dəyişdirib və bu dəyişiklərin əksəriyyətinin önümüzdəki bir neçə il üçün qalıcı olacağı proqnozlaşdırılır.

Tədbirdə ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan mübarizə, infeksiyanın yayılmasının qarşısının alınması, xəsətliyin fəsadlarının aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqaməində görülən tədbirlər, həyata keçirilən sosial dəstək layihələri haqqında da müzakirələr aparılıb.

Növbəti vebinar doktorant və dissertantlar üçün 6 may 2020 tarixində Elm şöbəsi tərəfindən təşkil olunacaq. Vebinarın mövzusu “Elmi məqalə: stil və yazı metodikası”, başlama saatı isə 13.30-dur.

Tədbirdə iştirak etmək istəyən doktorant və dissertantlar Elm şöbəsi ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.05.2020

DİGƏR XƏBƏRLƏR