XƏBƏRLƏR

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd olunub

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd olunub

18 may 2020

Baxış sayı: 2516

Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, dövlət xadimi, ictimai-siyasi xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib. Tədbir  Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq təşkil olunub.

Tədbirdə kafedranın müdiri Ülviyyə Rəhimova, professorlar Fərahim Sadıqov və Asif Hacıyev, kafedranın dosenti Fərhad Mədətovun çıxışlarında görkəmli ədibin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, pedaqoji fikir tarixindəki yeri haqqında məlumat verilib, əsərlərinin mövzu, dil və üslub xüsusiyyətlərinə toxunulub, yaradıcılığının Azərbaycan xalqının mənəvi sərvətləri sırasına daxil olduğu vurğulanıb.

Qeyd olunub ki, Əbdürrəhim bəy Haqverdiyev çoxşaxəli fəaliyyəti ilə bizə əvəzsiz irs miras qoyub. Amma onun ədəbi irsi düzgün qiymətləndirilməyib və yaradıcılığının araşdırılmamış tərəflərinin tədqiqata cəlb olunması böyük əhəmiyyət kəsb edir.

Bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun yaradıcılığının yüksək qiymətləndirilməsinin təzahürüdür.

Sonda filologiya ixtisası üzrə təhsil alan tələbələrin böyük ədibin ədəbi-bədii yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.05.2020

DİGƏR XƏBƏRLƏR