XƏBƏRLƏR

ECAR layihəsinin məlumat günü keçirilib

ECAR layihəsinin məlumat günü keçirilib

17 dekabr 2021

Baxış sayı: 1378

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin Azərbaycan Universitetinin əməkdaşları üçün məlumat günü keçirilib.

Universitetin rektoru Səadət Əliyeva, dekanlar, kafedra müdirləri və şöbə rəhbərlərinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov layihə haqqında ətraflı təqdimatla çıxış edib, layihənin mahiyyəti və məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə layihə tərəfdaşlarının Fransa səfərinin yekunları da müzakirə olunub. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva iştirakçılara Fransa təhsil sistemi, Fransa Rektorlar Konfransının (CPU) fəaliyyəti və Fransa təhsil sistemindəki yeri, strukturu və qərarvermə mexanizmləri haqqında məlumat verib.

Sonda rektor Səadət Əliyeva çıxış edərək ali təhsil müəssisələri arasında əməkdaşlığın və təcrübənin paylaşılmasının əhəmiyyətini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu və Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən ECAR layihəsi 3 il müddətində icra olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.12.2021

DİGƏR XƏBƏRLƏR