XƏBƏRLƏR

ECAR layihəsinin növbəti işgüzar görüşü keçirilib

ECAR layihəsinin növbəti işgüzar görüşü keçirilib

23 dekabr 2021

Baxış sayı: 1540

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+  layihəsinin növbəti işgüzar görüşü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunub. Görüş layihənin iş planına uyğun olaraq həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi və növbəti mərhələdə icrası planlaşdırılan məsələlərin qarşılıqlı müzakirə edilməsi məqsədilə keçirilib. Tədbirdə layihənin tərəfdaşı olan 16 yerli ali təhsil müəssisəsinin prorektor və məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova açaraq layihənin əhəmiyyətini vurğulayıb və işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli layihənin uğurla start götürdüyünü və ölkəmizdə ali təhsilin inkişafı, eləcə də əməkdaşlıq imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə qeyd olunub ki, layihə çərçivəsində rektorlar konfransının Azərbaycan modelinin yaradılması məqsədilə formalaşdırılacaq işçi qrupu tərəfindən konfransının təşkilati strukturu, missiyası, vizyonu, üzvlük qaydaları, maliyyələşmə mexanizmləri və onun tərkibində fəaliyyət göstərəcək komitələrin yaradılması haqqında bir sıra sənədlər hazırlanacaq.

Sonda tədbir iştirakçıları növbəti tapşırıqların icrası ilə əlaqədar fikir mübadiləsi aparıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.12.2021

DİGƏR XƏBƏRLƏR