XƏBƏRLƏR

ECAR layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə təşkil olunub

ECAR layihəsi çərçivəsində növbəti səfər İspaniyanın Madrid şəhərinə təşkil olunub

13 iyul 2023

Baxış sayı: 660

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərinə səfər təşkil olunub. Layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektor, prorektor və digər məsul şəxslərdən ibarət 40 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi səfərdə Azərbaycan Universitetini Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova və Beynəlxalq layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmira İsmayılova təmsil edirlər. 

İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların da iştirak etdiyi səfərin əsas məqsədi bu ölkələrin tələbə və məzun işləri üzrə təcrübəsinin öyrənilməsidir. 10-14 iyul tarixlərini əhatə edən 5 günlük səfərin təlim və seminarları Madrid III Carlos Universitetində təşkil olunur. Sual-cavab sessiyalarında xarici ekspertlərlə faydalı fikir mübadilələri aparılır. 

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq Azəbaycanda rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR