XƏBƏRLƏR

ECAR layihəsinin növbəti təlimi ali təhsilin beynəlmiləlləşməsinə həsr olunub

ECAR layihəsinin növbəti təlimi  ali təhsilin beynəlmiləlləşməsinə həsr olunub

31 oktyabr 2022

Baxış sayı: 9745

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar  Bədəlov Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ KA2 layihəsi çərçivəsində təşkil olunan ali təhsilin beynəlmiləlləşməsinə dair təlimlərdə iştirak edib. Avropa İdarəetmə İnkişafı Fondu (EFMD Global) təşkilatının dəstəyi və iştirakı ilə keçirilən təlim iki gün davam edib.

Təlimin birinci günündə iştirakçılara “EFMD Global” təşkilatının fəaliyyəti və xidmətləri, ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması, beynəlmiləlləşmə və qloballaşma, korporativ məsuliyyət, beynəlxalq əməkdaşlıq və bu kimi mövzular üzrə məlumat verilib.

“Azərbaycanda Rektorlar Konfransı”nın jurnalının hazırlanması və dərci ilə əlaqədar təşkil edilən növbəti təlimdə isə sözügedən jurnalın hazırlığı ilə bağlı müzakirələr aparılıb. 

Qeyd edək ki, layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR