XƏBƏRLƏR

Azərbaycan Universitetində Elm Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində Elm Gününə həsr olunmuş tədbir keçirilib

30 mart 2021

Baxış sayı: 2068

Azərbaycan Universitetində “Elm Günü”nə həsr olunmuş tədbir keçirilib. Elmi işlər üzrə prorektor Yusif Qasımov Azərbaycanda “Elm Günü”nün təsis olunması, əhəmiyyəti və bu münasibətlə ölkəmizdə keçirilən tədbirlər haqqında məlumat verib, dünyanın elmi mənzərəsi, elmi çağırışlar, müasir elmi-texniki problemlər və müxtəlif elm sahələrinin qarşısında duran vəzifələr kimi mövzuları müzakirəyə açıb. Tədbirdə universitetin professoru Qorxmaz Quliyev, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi, Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Elnur Süleymanzadənin mövzu ilə bağlı çıxışları dinlənilib. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq zəfər və tarixi qələbə Azərbaycan əsgərinin igidliyi və şücaəti ilə birlikdə həm də hərbi sahədə elmi yeniliklərin tətbiqi ilə mümkün olub. Tədbir mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.03.2021

DİGƏR XƏBƏRLƏR