XƏBƏRLƏR

Elmi tədqiqat işlərinin hazırlanmasına həsr olunan mühazirələr yekunlaşıb

Elmi tədqiqat işlərinin hazırlanmasına həsr olunan mühazirələr yekunlaşıb

03 mart 2023

Baxış sayı: 7625

Azərbaycan Universitetinin magistratura II kurs tələbələri, doktorant, dissertantlar və gənc tədqiqatçıları üçün  elmi işin hazırlanmasına dair mühazirələrə yekun vurulub. 3 ay davam edən mühazirələrdə iştirakçılar dissertasiyanın nəzəri əsasları,  tədqiqatda metod və metodologiya problemləri, elmi məqalənin strukturu və SCOPUS bazasında uyğun jurnallarla iş,  dissertasiyanın strukturu, məqalələrin beynəlxalq indeksli bazalara təqdim olunması, dissertasiyanın müzakirəyə təqdim olunması qaydaları və bu kimi mövzulara dair mühazirələrə qulaq asıb və praktik iş yerinə yetiriliblər.

Qeyd edək ki, mühazirələr Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşəbbüsü və Sosial işin təşkili, Azərbaycan dili və ədəbiyyat, İctimai elmlər, Tərcümə və filologiya, Xarici dillər kafedralarının dəstəyi ilə təşkil olunub. Mühazirələrin məqsədi elmi fəaliyyət prosesində gənc tədqiqatçılara istiqamət verməkdən ibarət olub. 

Mühazirələrin yekunlaşması münasibətilə təşkil olunan mərasimdə iştirakçılara müvafiq sertifikatlar təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR