XƏBƏRLƏR

Elvin Talışinski Bakıdakı Rus Evində keçirilən konfransda çıxış edib

Elvin Talışinski Bakıdakı Rus Evində keçirilən konfransda çıxış edib

22 dekabr 2023

Baxış sayı: 725

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialı “Dövlət gənclər siyasəti vətəndaş cəmiyyətinin inkişaf amili kimi” mövzusunda konfrans keçirib. Bakıdakı Rus Evində təşkil olunan konfransda Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski konfransda məruzə ilə çıxış edib. 

Kafedra müdiri çıxışında qeyd edib ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, ölkəmizin uğurlu gələcəyi naminə inamlı addımlar atırlar. Elvin Talışinski dövlət gənclər siyasətinin həyata keçirilməsində ali təhsil müəssisələrinin və həmin müəssisələrdə çalışan müəllimlərin böyük xidmətləri olduğunu da diqqətə çatdırıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR