XƏBƏRLƏR

Afiq Nadirov “Multikulturalizmə giriş” fənninin təlimlərində iştirak edib

Afiq Nadirov “Multikulturalizmə giriş” fənninin təlimlərində iştirak edib

20 dekabr 2023

Baxış sayı: 985

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Afiq Nadirov “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edib. Təlimlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən 18 noyabr -16 dekabr 2023-cü il tarixlərində təşkil olunub. Təlimlərdə ümumilikdə 11 ali təhsil müəssisəsi və kollecdən 32 müəllim iştirak edib.  

Təlim müddətində iştirakçılara Azərbaycan Respublikası Dini Qrumlarla İş üzrə Dövlət Komitəsnin sədr müavini Gündüz İsmayılov, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, şöbənin mütəxəssisi Fəxri Uğurlu, Tədris şöbəsinin əməkdaşı Tahirə Ələsgərova, İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin əməkdaşları Billurə Aslanova və Şahnaz Abdullayeva, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının İdarə Heyətinin üzvü Rəhim Rəhimov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Əli Fərhadov mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti, multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları, zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, çaynizm, xristianlıq, islam, qədim türk inancları, multikulturalizm və media, etnik müxtəliflik və milli ideya, müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi, multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi, etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX) və bu kimi  mövzularda mühazirələr təqdim edilib. 

Təlimi uğurla başa vuran bütün iştirakçılar, o cümlədən Siyasi və ictimai elmlər kafedrasının müəllimi Afiq Nadiov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tərəfindən sertifikatla təltif olunublar. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-cu ilin sentyabr ayından etibarən ölkənin bütün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə ildə iki dəfə təlim təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR