XƏBƏRLƏR

Əməkdaşımız “Peşəkar 100 il” idarəçilik marafonunda iştirak edib

Əməkdaşımız “Peşəkar 100 il” idarəçilik  marafonunda iştirak edib

23 fevral 2024

Baxış sayı: 529

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Ruhəngiz Əliyeva ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik  marafonu çərçivəsində keçirilən idarəçilik təlimləri və ustad dərslərində iştirak edib. 2 ay davam edən marafon Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

100 nəfərdən artıq işgüzar şəxsin iştirak etdiyi marafonun yekunlaşması münasibətilə sertifikasiya mərasimi keçirilib və iştirakçılara sertifikat təqdim olunub.

Ödənişsiz təşkil olunan təlim və ustad dərslərinin məqsədi gənc sahibkar və menecerləri ulu öndərin zəngin idarəçilik təcrübəsinin çevik, strateji və innovativ tərəfləri barədə məlumatlandırmaq, onun uzaqgörən siyasətinin ən mühüm komponentlərindən biri olan Azərbaycanın yüksək idarəetmə qabiliyyətinə malik güclü kadr potensialının formalaşmasına dəstək olmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR