XƏBƏRLƏR

Əməkdaşlarımız növbəti PETRA təlimlərində iştirak ediblər

Əməkdaşlarımız növbəti PETRA təlimlərində iştirak ediblər

08 aprel 2019

Baxış sayı: 3313

Avropa Komissiyasının “Erasmus+” proqramı üzrə PETRA “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi”  layihəsi çərçivəsində növbəti təlimlər Gəncə Dövlət Universitetində keçirilib.

Azərbaycan Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Monitorinq və qiymətləndirmə üzrə mütəxəsis Elçin Cəfərov təlimlərdə iştirak ediblər.

Beynəlxalq təlimdə məruzəçi qismində layihənin avropalı tərəfdaşları olan Türkiyənin Gazi, Avstriyanın Vyana Tətbiqi Elmlər,  İspaniyanın Valensiya Politexnik, Finlandiyanın Jvyaskyla, Macarıstanın Debrecen universitetlərinin nümayəndələri iştirak ediblər.

Təlim müddətində hər bir tərəfdaş universitetdən olan nümayəndələrə “Moodle” proqramının tətbiqi ilə bağlı çağırışlar və onların həlli yolları, bu sistemin geniş yayılması üçün vacib olan amillər, eləcə də layihənin mərhələləri üzrə əldə edilmiş və həll edilməli olan məsələlərlə bağlı müxtəlif tapşırıqlar ətrafında qrup işi həyata keçirilib.

Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə 7 Azərbaycan Universitetindən 50-ə yaxın  nümayəndə təmsil olunub. Bu ali təhsil müəssisələri–Azərbaycan Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.04.2019

DİGƏR XƏBƏRLƏR