XƏBƏRLƏR

Əməkdaşlarımız Sosial Xidmətlər Agentliyinin görüşündə iştirak ediblər

Əməkdaşlarımız Sosial Xidmətlər Agentliyinin görüşündə iştirak ediblər

09 iyun 2021

Baxış sayı: 1989

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, dekan müavini Günay İsmayılova və Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi sosial iş, psixologiya ixtisaslarının tədris olunduğu universitetlərin rəhbər heyəti və müəllimlərinin görüşündə iştirak edib. Görüşdə tələbələrin Sosial Xidmətlər Agentliyində təcrübə keçmələri, 2-ci kursdan başlayaraq prosesə könüllü olaraq cəlb olunmaları barədə təkliflər səsləndirilib. O cümlədən, məzunların Agentliyin filiallarında və müəssisələrində işə qəbul imkanları müzakirə olunub.

“ZOOM” platforması üzərindən təşkil olunan görüşdə Azərbaycan Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yaz semestrində Azərbaycan Universitetinin 28 tələbəsi Sosial Xidmətlər Agentliyinin filiallarında diplomqabağı təcrübə keçiblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
09.06.2021

DİGƏR XƏBƏRLƏR