XƏBƏRLƏR

Əməkdaşlarımızın “Baytlar kainatı” adlı dərs vəsaiti çap olunub

Əməkdaşlarımızın “Baytlar kainatı” adlı dərs vəsaiti çap olunub

22 fevral 2022

Baxış sayı: 1481

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev və kafedranın müəllimi Elçin Həsənovun “Baytlar kainatı və ya 8 bitdən 10.000.000.000.000-a qədər” adlı dərs vəsaiti çapdan çıxıb.

Dərs vəsaiti  informasiya texnologiyaları sahəsində son yeniliklərə, təhlükələrin təsnifatı, ziyanverici proqramlar, virusların növləri və onların əlamətləri, destruktiv imkanları məsələlərinin araşdırılmasına həsr olunub. Kitab 13 fəsildən ibarətdir. Hər fəsildə kompüter texnologiyaları ilə bağlı icmal xarakterli müasir məlumatlar toplanıb. Xüsüsilə yeni yaradılan virus növləri, onların destruktiv imkanları, vura biləcəyi zəzərlərin xarakteri araşdırılıb. Vəsaitdə eyni zamanda müxtəlif kompüter texnologiyaları araşdırılıb və faktoloji məlumatlar əlavə edilib.

Dərs vəsaiti kompüter texnologiyaları və informasiya təhlükəsizliyi istiqamətində müasir faktların toplanması baxımından əhəmiyyətlidir, İKT yönümlü ixtisasların bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr, gənc tədqiqatçılar üçün faydalıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
22.02.2022

DİGƏR XƏBƏRLƏR