XƏBƏRLƏR

Əməkdaşlarımızın elmi uğurları

Əməkdaşlarımızın elmi uğurları

18 aprel 2018

Baxış sayı: 5841

Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusu almaq yolunda görülmüş işlər ilkin nəticələrini verməkdədir. Belə ki, universitetdə aparılmış səmərəli işlərin yekunu olaraq 2018-ci ilin ilk dörd ayında əməkdaşlarımızın Azərbaycan Universiteti ünvan göstərilməklə “Thomson Reuters” (Clarivate Analytics) bazasına daxil olan indekslənən jurnallarda yeddi elmi məqaləsi çap olunub.  

Digər tərəfdən Universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov  aprel ayında Latviyanın Liepaja Universitetində keçirilmiş Azərbaycan Universitetinin də həmtəşkilatçısı olduğu “İnnovasiyalar və yaradıcılıq” (Innovations and Creativity) mövzusunda II beynəlxalq elmi konfransın proqram komitəsinin üzvü seçilib. Bu,  Azərbaycan Universitetinin təşkilatçılığı ilə ölkə xaricində təşkil olunmuş ilk beynəlxalq elmi konfransdır. Digər diqqətçəkən məqam isə ondan ibarətdir ki, universitet əməkdaşlarının iki məruzəsi bu konfransın proqramına daxil edilib.

Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov 19-23 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda keçiriləcək “Energy Materials and Nanotechnology” (EMN 2018) konfransına dəvətli məruzəci kimi dəvət olunub. Tədbirin məqsədi enerji və nanotexnologiya mövzularında dünyanın qabaqcıl alim, tədqiqatçı və mühəndislərini bir yerə toplamaq, onların elmin bu sahələri üzrə ən son nəticə və ideyalarını bölüşmələri üçün şərait yaratmaqdır.

Bütün bu işlər Azərbaycan Universitetinin elm və təhsil müəssisəsi olaraq artan beynəlxalq nüfuzunun və elmi əlaqələrinin göstəricisidir.

Qeyd edək ki, rektor Səadət Əliyeva 2017-ci ilin yekunlarına həsr olunmuş yığıncaqda Azərbaycan Universitetinin yeni məqsədlərini tədqiqatyönümlü universitet hədəflərinə nail olmaq, elektron universitet modelinə keçid, ikili diplom proqramlarının tətbiqi olaraq müəyyənləşdirib.

 İmpakt faktorlu jurnallarda dərc olunan məqalələrin siyahısı 

  • Gasimov, Yusif S; Allahverdiyeva, Natavan A. Shape optimization for the eigenfrequency of the plate. Georgian Mathematical Journal,   Volume: 25,   Issue: 1,   Pages: 19-24.
  • Guliyev, H.F.; Gasimov, Y.S.; Tagiyev, H.T.; et al. On the Inverse Problem of Finding the Right-Hand Side of Wave Equation with Nonlocal Condition. Tomsk State University Journal of Mathematics and Mechanics,   Issue: 49,   Pages: 16-25. 
  • Farjamnia Ghasem; Gashti Mehdi Zekriyapanah; Barangi Hamed; Yusif Gasimov. The Study of Support Vector Machine to Classify the Medical Data. International Journal of Computer Science and Network Security,   Volume: 17,   Issue: 12.
  • Gasimov, Yusif S; Aliyeva, Aynura R. Edited by: Kazimzade, AH; Slavnov, AA; Dvali, G; et al. On a numerical solution of a shape optimization problem for the eigenvalues of pauli operator, Conference: International Conference on Modern Trends in Physics Location: Baku, Azerbaijan. Date: Apr 20-22, 2017., Pages: 35-37
  • И.М. Гусейнов; А.Х. Ханмамедов; А.Ф. Мамедова. Обратная задача рассеяния для уравнения шредингера с дополнительным квадратичным потенсиалом на всей оси. Теоретическая и математическая физика, Том 195, № 1, Апрель, 2018
  • Aygun Musayeva. A Study of the Impact of Underground Economy on Integral Tax Burden in the Proportional Growth Model under Uncertainty, Advances in Fuzzy Systems, vol. 2018, Article ID 6309787, 5 pages, doi:10.1155/2018/6309787.
  • Akif Musayev; Selin Uzelaltinbulat; Samira Mammadova; Latafat Gardashova; Aygun Musayeva. Estimation of impact of the changes made to the tax legislation to the tax receipts through fuzzy numbers. Procedia Computer Science, Volume 120, Pages 333-340.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.04.2018


DİGƏR XƏBƏRLƏR