XƏBƏRLƏR

“Empatiya” klub tərəfindən “Sosial iş və insan hüquqları” mövzusunda mühazirə

“Empatiya” klub tərəfindən “Sosial iş və insan hüquqları” mövzusunda mühazirə

10 dekabr 2019

Baxış sayı: 2957

Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klub tərəfindən tələbələr üçün 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Sosial iş və insan hüquqları” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni klubun təlimçiləri , Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Ülviyyə Mehdiyeva və Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş  ixtisası üzrə magistratura II kurs tələbəsi Əsli Xəlilova aparıb.

Mühazirə insan hüquqları anlayışı, Beynəlxalq İnsan Hüquqları Bəyannaməsi, insan hüquqlarının üç nəsli, Azərbaycanda insan hüquqları, Sosial işçi və insan hüquqları mövzularını əhatə edib.

Qeyd edək ki, BMT Baş Məclisi 1948-ci il dekabrın 10-da "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul edib və 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. Bəyannamə müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir. Dünya xalqları "Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi uğrunda mübarizədə istifadə edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.12.2019


DİGƏR XƏBƏRLƏR