XƏBƏRLƏR

“Empatiya” klubu tərəfindən “Fərqlilik fərq yaratmır” adlı tədbir keçirilib

“Empatiya” klubu tərəfindən “Fərqlilik fərq yaratmır” adlı tədbir keçirilib

03 dekabr 2021

Baxış sayı: 1547

Azərbaycan Universitetində 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “Fərqlilik fərq yaratmır” adlı tədbir keçirilib. Tədbir Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərən “Empatiya” klub tərəfindən təşkil olunub. 

Tədbirdə bildirilib ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün qeyd olunması haqqında 1992-ci ildə BMT tərəfindən  Bəyannamə qəbul edilib. Bu günün təsis olunmasının məqsədi sağlamlıq imkanları məhdud insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır.

Tədbirdə Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlar haqqında danışıblar. Sosial iş ixtisası üzrə təhsil alan II kurs tələbələri Mehdizadə Minarənin ”Əlillik nədir və Əlilliyi olan şəxslər kimlərdir?”, Məmmədli Aytaçın “Əllilik və cəmiyyət”, Rüstəmov Aqşinin “Əlilliyə tibbi, bioloji yanaşma və cəmiyyətin əlliliyi olan şəxslərlə əlaqələrini gücləndirilməsi”, Əsgərova Fatimənin ”Dünya və ölkəmizdə əlilliyi olan şəxslərlə sosial iş” mövzusunda mühazirələri dinlənilib.

“Empatiya” klubun sədri Şalan Növruzov, klubun koordinatoru və tədbirin təşkilatçısı, sosial iş ixtisası üzrə III kurs tələbəsi Ələkbərov Məhəmməd, menecment ixtisası üzrə III kurs tələbəsi, motivator Natiq Rəhimlinin əlilliyi olan şəxlərin hüququları, üzləşdiyi problemlər və həll yolları mövzusunda çıxışları dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.02.2021

DİGƏR XƏBƏRLƏR