XƏBƏRLƏR

“Empatiya” klubu “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nü qeyd edib

“Empatiya” klubu “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nü qeyd edib

02 dekabr 2022

Baxış sayı: 5419

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən  “3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü”nə həsr olunmuş “Əngəllər Aşmaq Üçündür!” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq günün tarixi və mahiyyəti haqqında məlumat verib, ənənəvi olaraq hər il keçirildiyini bildirib. 

Tədbirin moderatorluğunu klubun sədri və Sosial iş ixtisası IV kurs tələbəsi Məhəmməd Ələkbərov edib. O, əlilliyi olan şəxslərin  cəmiyyətdə qarşılaşdığı bariyerlərdən və bunları aradan qaldırmaq üçün atılmalı olan addımlardan danışıb.   

Daha sonra Sosial işin təşkili kafedrasının müdiri, Tünzalə Verdiyeva çıxış edərək əlilliyi olan şəxslərin sosial və peşəkar inkişafında sosial işçilərin və sosial iş ixtisasının əvəzsiz rolunu vurğulayıb. Tədbirin qonağı, Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova çıxışında tələbələri inklüziv cəmiyyətin bir parçası olmağa dəvət edib. Sosial işin təşkili kafedrasının müəllimləri Səbinə Xəlilova  əlilliyi olan şəxslərə “tibbi və sosial yanaşma” haqqında danışıb, Nigar Şahhüseynbəyova isə  əlilliyi olan şəxslər üçün motivasiya xarakterli  təlimlərin təşkil olunmasının vacibliyini qeyd edib. 

Tədbirin sonunda Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə II kurs tələbəsi, motivator Xəyalə Abdullayeva  çıxış edərək  dövlətin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, öz uğur hekayəsini tədbir iştirakçıları ilə bölüşüb. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR