XƏBƏRLƏR

“Empatiya” klubunun illik hesabat iclası keçirilib

“Empatiya” klubunun illik hesabat iclası keçirilib

22 dekabr 2022

Baxış sayı: 9012

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərən “Empatiya” klubunun 2022-ci il üzrə hesabat iclası keçirilib. İclasda klubun sədri, Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Məhəmməd Ələkbərov klubun il ərzində keçirdiyi təlimlər haqqında məlumat verib. Sədr qeyd edib ki, təlimlər Sosial iş tələbələri üçün  aktual olan mövzulara həsr olunub, onların peşəkar inkişafına və sosial bacarıqlarının artırılmasına istiqamətlənib.  

Klub tərəfindən 2022-ci ildə keçirilən ilk təlim “Motivasiyanı necə təşkil etməli” mövzusuna həsr olunub. Təlimin moderatoru klubun sədri  Məhəmməd Ələkbərov olub. Daha sonra klubun fasiltatorları Nəzrin Rzayeva  tərəfindən “Könüllülük fəaliyyəti haqqında ümumi məlumat”,  Cəsur Mədətzadə tərəfindən “Liderlik Anlayışı”, Solmaz Abbaslı tərəfindən “Şəxsiyyətin psixoloji travması zamanı psixososial yardım”, Gülay Alxanlı  tərəfindən “Bədən dili və insan psixologiyası”, Mehriban Rızayeva  tərəfindən “Mental sağlamlıq”, Mədinə Rəhimova tərəfindən “CV-nin tərtibi qaydaları”,  Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsində sosial işçi kimi fəaliyyət göstərən Elvin Abdullayev tərəfindən “Psixiatriya sahəsində sosial iş” təlimləri təşkil olunub. 

Son təlim isə motivasiya məqsədi daşıyıb.  Emin Məmmədovun apardığı təlim  “Bir Addım at!” mövzusunda  olub. 

Məhəmməd Ələkbərov klubun növbəti fəaliyyət dövründə də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını qeyd edib və yeni seçiləcək sədrə uğurlar arzulayıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR