XƏBƏRLƏR

“Erasmus” tələbəmiz: Romada təməli qoyulan dostluqlar Azərbaycana qayıtdıqdan sonra da davam edəcək

“Erasmus” tələbəmiz: Romada təməli qoyulan dostluqlar Azərbaycana qayıtdıqdan sonra da davam edəcək

21 dekabr 2023

Baxış sayı: 500

2023/2024-cü tədris ilinin payız semestrini İtaliyada oxuyan tələbəmiz Cevdet Deniz Zafer təəssüratlarını saytımız ilə bölüşür. O, Kompüter mühəndisliyi ixtisası üzrə II kurs tələbəsidir. 

“2023/2024- cü tədris ilinin payız semestrini “Erasmus” mübadilə proqramı ilə İtaliyanın Sapienza Universitetində oxuma şansı əldə etmişəm. Sapienza Universitetinin qədimliyi və tarixi abidələri ilə yanaşı müasirliyi ilə də seçilən Romada yerləşməsi ona əlavə üstünlüklər qazandırır. Mənə bu şansı yaratdığına görə Azərbaycan Universitetinin rəhbərliyinə və Beynəlxalq əlaqələr şöbəsinin bütün əməkdaşlarına təşəkkür edirəm. 

3 aya yaxındır ki, İtaliyadayam. Gəldiyimdən bu yana özümü heç yad hiss etmədim. Uyğunlaşma prosesi tez və asan oldu. 

Burada ilk diqqətimi çəkən fərqli mədəniyyətlər və fərqli dəyərlər oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, mədəni müxtəliflik mənim üçün heç bir çətinlik yaratmadı. Burada həm yeni biliklər öyrənir, həm də müsair təcrübə, yeni insanlar və yeni mədəniyyətlərlə tanış oluram. Romada təməli qoyulan dostluqlar Azərbaycana qayıtdıqdan sonra da davam edəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR