XƏBƏRLƏR

Fərahim müəllimi doğum günü münasibəti ilə təbrik edirik

Fərahim müəllimi doğum günü münasibəti ilə təbrik edirik

10 sentyabr 2018

Baxış sayı: 8669

Bu gün pedoqoji elmlər doktoru, Azərbaycan Universitetinin professoru Fərahim Sadıqovun doğum günüdür.

Görkəmli alimi Azərbaycan Universitetinin kollektivi adından doğum günü münasibəti ilə təbrik edir, can sağlığı, elmi-pedaqoji  və publisistik fəaliyyətində nailiyyətlər arzulayırıq.

Fərahim Balakişi oğlu Sadıqov 1947-ci ildə Masallı rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. 1984-cü ildə Gürcüstan Elmi-Tədqiqat Pedoqoji Elmləri İnstitutunda namizədlik dissertasiyası, 1992-ci ildə Bakı şəhərində doktorluq dissertasiyası müdafiə edib.

Səmərəli fəaliyyətinə görə "Qabaqcıl Maarif Xadimi", "Akademik Yusif Məmmədəliyev mükafatı laureatı", "Müşfiq mükafatı" ilə təltif olunub.

İfaçı, bəstəçi kimi bir sıra rəqslərin, təsniflərin müəllifi kimi tanınan alimin ifasında 4 musiqi nömrəsi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.

Fərahim Sadıqov “Milli pedaqogika məktəbi” jurnalının baş redaktoru, Azərbaycanda çıxan 30-dan artıq qəzet və jurnalın redaksiya heyətinin üzvüdür.

Elmi tədqiqat işləri ilə yanaşı müxtəlif illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olub. Beynəlxalq Türk Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Universitetinin professorudur.

50-dən çox kitab və 500-dən çox elmi məqalənin müəllifidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.09.2018


DİGƏR XƏBƏRLƏR